Bu gün Azərbaycanda COVID-19 əleyhinə 25 min 637 vaksin vurulub

Martın 5-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 25 min 637 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 1514, ikinci doza vaksinlərin sayı 1631, üç və daha çox doza vaksinlərin sayı – 21 min 214, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 1278.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 136 min 656, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 307 min 491, ikinci mərhələ üzrə 4 milyon 793 min 776, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 823 min 16, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 212 min 373-dür.

ƏvvəlkiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 433 yoluxma faktı qeydə alınıb
NövbətiLaçın rayonu istiqamətində itkin düşmüş hərbi qulluqçularımızın axtarışı davam edir