Britaniya Norveçin şimalında komandolar üçün hərbi baza yaradıb

Böyük Britaniya Kral Dəniz Piyadalarının komandoları üçün Norveçin şimalında hərbi baza yaradılıb.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin yaydığı bəyanatda deyilir.

Hərbi baza növbəti 10 il ərzində Arktikada Britaniya qüvvələrinin yerləşdirilməsi və təlimi üçün əsas mərkəzə çevriləcək.

Kemp-Veykinq bazası Norveç Hərbi Hava Qüvvələrinin Bardufossdakı hava bazasından 40 km məsafədə yerləşən Everbiqd kəndinin ərazisində yerləşir. Hərbi bazadan Norveç-Rusiya sərhədinə qədər olan məsafə 700 km-dən çoxdur.

“Bazanın yerləşməsi regiondakı təhdidləri dəf etmək üçün idealdır və Böyük Britaniyaya NATO-nun şimal sərhədlərini, eləcə də Böyük Britaniyanın yaxın müttəfiqi Norveçi müdafiə etmək üçün lazım gələrsə, operativ reaksiya verməyə imkan verir” – məlumatda deyilir.

Bu qış bazada yerləşdirilən Britaniya komandolarının sayı 1000 nəfərə çatıb. Onlar norveçli həmkarları, eləcə də Birləşmiş Ekspedisiya Qüvvələrinə daxil olan digər Şimali Avropa ölkələrinin hərbi qulluqçuları ilə birgə təlimlər keçiriblər.

ƏvvəlkiMoldovanın Avropaya inteqrasiya perspektivləri müzakirə edilib
NövbətiGürcüstan xüsusi təyinatlıları etirazçıları dağıtmaq üçün su şırnaqlarından istifadə edib