BQXK-nın Azərbaycandakı yeni nümayəndəsi vəzifəsinin icrasına başlayıb

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin yeni rəhbəri Draqana Kojiç vəzifəsinin icrasına başlayıb.

Bu barədə “Report” qurumun Azərbaycandakı Nümayəndəliyindən məlumat əldə edib.

Qeyd edək ki, D.Kojiç bu postda Azərbaycanda səlahiyyət müddəti başa çatan Arian Baueri əvəzləyib. O, bundan əvvəl BQXK-nın Pakistandakı Nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb.

ƏvvəlkiAzərbaycan Ordusunun hərbi qulluqçularının təminatına dair təkliflər hazırlanıb
NövbətiŞəkidə 50-dən çox sahibkarın iştirakı ilə B2G Forum keçirilib