Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana işgüzar səfərə gəlib

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev X Qlobal Bakı Forumunda iştirak etmək üçün martın 10-da Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Bolqarıstan Prezidentini Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov və digər rəsmi şəxslər qarşıladılar.

ƏvvəlkiDTX: “Terror aktının törədiləcəyi barədə yanlış məlumat yayan şəxs müəyyən olunaraq saxlanılıb”
NövbətiŞuşa şəhərində sosial infrastruktur layihələri uğurla davam etdirilir