15 iyul şəhidlərinin xatirəsi Naxçıvanda anılıb
Türkiyə Respublikasının Naxçıvandakı baş konsulluğunda 15 iyul – Türkiyənin Demokratiya və Milli Birlik Günü ilə bağlı tədbir keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə əvvəlcə 2016-cı il iyulun 15-də qardaş ölkədə...
Türkmənistan Əfqanıstanla sərhədə ağır hərbi texnika göndərib
Türkmənistan Əfqanıstanla sərhəddə yerləşən Sərhədabad şəhərinə ağır hərbi texnikalar göndərib.
"Report"un məlumatına görə, bu barədə "Turkmen.news" portalı bir neçə məlumatlı mənbəyə istinadən xəbər verib.
Xüsusilə tanklar, silahlar və zirehli nəqliyyat vasitələri sərhədə yerləşdirilib....
Azərbaycan və Türkmənistan xarici işlər nazirləri arasında telefon danışığı olub
İyulun 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Trend-ə bildiriblər ki, telefon söhbəti zamanı nazirlər...
Qazaxıstanda Nazarbayevə abidə ucaldıldı
Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində ölkənin birinci prezidenti Nursultan Nazarbayevin abidəsinin açılışı olub.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Təntənəli mərasimdə ölkə prezidenti Kasım-Jomart Tokayev də iştirak edib.
Qeyd edək ki, artıq 2020-ci ilin iyulunda...
“Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimi sona çatıb
İyunun 21-dən müxtəlif ölkələri təmsil edən komandaların iştirakı ilə Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi sona çatıb.
Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, təlimin bağlanış mərasimində aviasiya...
Qırğızıstanın xarici işlər naziri Azərbaycana gəlib
Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev Azərbaycana rəsmi səfərə gəlib.
Trend bu barədə Qırğızıstan səfirliyinə istinadən məlumat verir.
Qeyd olunur ki, nazir səfəri çərçivəsində Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcək.
Aşqabadda politoloqların və jurnalistlərin iştirakı ilə mediaforum keçirilib
Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunda hibrid formatda “Politoloq və jurnalistlərin iştirakı ilə regional dialoq” mediaforumu keçirilib.
Tədbirdə İqtisadi Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, həmçinin yerli və xarici KİV-lərin,...
Qırğızıstan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub
Qırğızıstan Prezidenti Sadır Japarov bu ölkədə səfərdə olan Türkiyənin milli müdafiə naziri Hulusi Akarı qəbul edib.
AZƏRTAC Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə ölkələr arasında hərbi-texniki, hərbi-sənaye, təhlükəsizlik və digər...
Sahibə Qafarova: “Türk Şurası öz strateji baxışını yaratmaq üzərində işləyir”
Macarıstanda rəsmi səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti iyunun 29-da Türk Şurasının Budapeşt nümayəndəliyinin ofisində "2021 - ci il - Nizami Gəncəvi ili"nə həsr...
Mayda Türkiyəyə gedən Azərbaycan vətəndaşlarının sayı kəskin artıb
Bu ilin may ayında Türkiyəyə 18 819 Azərbaycan vətəndaşı səfər edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 15 dəfə çoxdur.
Trend bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat...