“Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimi sona çatıb

İyunun 21-dən müxtəlif ölkələri təmsil edən komandaların iştirakı ilə Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimi sona çatıb.

Müdafiə Nazirliyindən “Report”a verilən məlumata görə, təlimin bağlanış mərasimində aviasiya vasitələrinin fəaliyyəti təhlil olunub, əldə olunan nailiyyətlər diqqətə çatdırılıb, planlaşdırılan birgə işlər müzakirə edilib.

Verilən bütün tapşırıqları peşəkarlıqla icra edən hərbi pilotların göstərdikləri nəticələr təlimin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib, bütün ölkələrin komandalarına təşəkkür edilib və hədiyyələr təqdim olunub.

“Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimində Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 təyyarəsi iştirak edib.

ƏvvəlkiDövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasında növbəti məzun buraxılışı keçirilib
NövbətiFüzuli və Zəngilan rayonlarında basdırılan minalara dair xəritələr Azərbaycana təqdim edilib