Azərbaycan və Türkmənistan xarici işlər nazirləri arasında telefon danışığı olub

İyulun 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Trend-ə bildiriblər ki, telefon söhbəti zamanı nazirlər iki ölkə arasındakı əməkdaşlıq gündəliyi üzrə, o cümlədən ənənəvi dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi ilə bağlı aktual məsələlərə dair fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin regional təhlükəsizlik, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Cari il keçirilməsi nəzərdə tutulan Azərbaycan, Türkmənistan, Türkiyə yüksəksəviyyəli görüşünün əhəmiyyəti vurğulanıb.

Telefon danışığı zamanı, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

ƏvvəlkiQazaxıstanda Nazarbayevə abidə ucaldıldı
NövbətiFövqəladə Hallar Nazirliyi Xəzər dənizində palçıq vulkanının püskürdüyünü təsdiqləyib