Terror

Türkiyədə PKK terrorçuları hərbi bazaya hücum edib, 6 nəfər həlak olub

Türkiyədə PKK terror təşkilatının üzvləri hərbi bazaya hücum edib. APA-nın DHA-ya istinadən verdiyi xəbərə görə, Siirt vilayətinin Eruh rayonunda yerləşən hərbi bazaya hücum nəticəsində yerli müdafiə dəstəsinin 6 üzvü şəhid olub, 7-si...

İranın Kərbəladakı konsulluğuna hücum olub

İranın İraqın Kərbəla şəhərindəki konsulluğuna hücum olub. Türk.az xəbər verir ki, məlumatı İran KİV-i yayıb. Bir qrup naməlum şəxs konsulluğun binasına daş atıb, tikanlı məftillərdən ibarət baryeri aşaraq içəri keçməyə cəhd göstərib. Hazırda İraqın təhlükəsizlik...

Nigeriyada 105 terrorçu öldürülüb

Nigeriyanın şimal-şərqində son 1 həftədə “Boko Haram” terrorçu qruplaşmasının 105 silahlısı öldürülüb. Türk.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Nigeriya Ordusunun sözçüsü Musa Sagir deyib. Onun sözlərinə görə, ordu ölkənin Yobe əyalətində “Boko Haram”a qarşı əməliyyat keçirib. Əməliyyatda 100-dən...

Türkiyədə teraktın qarşısı alındı

Türkiyənin Adana şəhərində səhər erkən saatlarda təhlükəsizlik orqanları xüsusi əməliyyat keçirib. Türk.az xəbər verir ki, əməliyat zamanı bir neçə ünvana eyni zamanda basqın edilib. Əməliyyatda ikisi suriyalı olmaqla, 9 nəfər saxlanılıb. İŞİD üzvü olduğu...

Türk qırıcılardan zərbə: 17 terrorçu məhv edildi

Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarələrin Osmaniyə, Şırnak və Diyarbəkir vilayətlərində endirdiyi hava zərbələri nəticəsində 17 terrorçu zərərsizləşdirilib. Türk.az xəbər verir ki, pilotsuz uçuş aparatları vasitəsilə yerləri əvvəlcədən təsbit olunan...

PKK-ya qarşı əməliyyat: 2 terrorçu məhv edildi

Türkiyə Silahlı Qüvvələrinin sərhəddəki birləşmələrinə hücuma hazırlaşan PKK üzvləri zərərsizləşdirilib. Türk.az xəbər verir ki, terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat Mardin şəhərinin Nusaybin mahalı ərazisində keçirilib. Əməliyyat nəticəsində 2 terrorçu öldürülüb.  

Əfqanıstanda seçki kampaniyası zamanı partlayış törədilib

Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində baş vermiş partlayışda ölənlərin sayı 13 nəfərə çatıb. Türk.az-ın məlumatına görə, yaralı sayı da artıb. Belə ki, son məlumata görə, partlayışda yaralananların sayı 40 nəfərə çatıb. Bildirilir ki,...

Fransanın daha bir terrorçu vətəndaşı Türkiyədən deportasiya edilib

Fransa vətəndaşı olan daha bir terrorçu Türkiyədən deportasiya edilib. Türk.az "Sabah"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, terrorçuluqda ittiham olunaraq Türkiyədə saxlanılan xarici ölkə vətəndaşlarının deportasiyası davam...

Türkiyənin Sürixdəki Baş Konsulluğuna hücum olub

Naməlum şəxslər Türkiyənin İsveçrənin Sürix şəhərindəki Baş Konsuluğuna hücum ediblər. “Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Baş konsul Asiye Nurcan İpekçi bildirib. Onun sözlərinə görə, naməlum şəxslər Baş Konsulluğun binasına “Molotov kokteyli” atıblar. Baş konsul...

Nazir açıqladı: Türkiyə sona qədər bu ölkədə qalacaq

Hazırda hədəfimiz daha fərqlidir, bu dəfə Şimali İraqda terroru tamamilə aradan qaldırana qədər qalacağıq. Türk.az xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə naziri Nurəddin Canikli deyib. “Prezidentimizin təlimatı ilə oradan terroru söküb atana qədər...
- reklam -