BMT taxıl müqaviləsi çərçivəsində gəmiləri yoxlamağa davam edəcək

BMT taxıl müqaviləsi çərçivəsində gəmiləri yoxlamağa davam edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits bildirib.

Onun sözlərinə görə, BMT Sevastopol hücumunun taxıl müqaviləsinin şərtlərini pozduğuna inanmağa əsas görmür, lakin Birgə Koordinasiya Mərkəzi bu ittihamlarla məşğul ola bilər.

“Bizim nöqteyi-nəzərimizdən belə bəyanatlar üçün heç bir əsas yoxdur. Amma istənilən halda, Belə müraciətlərə baxılması üçün Birgə Koordinasiya Mərkəzi yaradılıb”, – Qriffits deyib.

ƏvvəlkiTürkiyə və Rusiya XİN rəhbərləri arasında telefon danışığı baş tutub
NövbətiAzərbaycan Prezidenti İlham Əliyev Əlcəzairə səfərə gəlib