BMT-nin Komitəsinə yenidən azərbaycanlı sədr müavini seçilib

BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin (CEDAW) azərbaycanlı sədr müavini yenidən Elgün Səfərov seçilib.

”Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın beynəlxalq hüquq üzrə eksperti, hüquq üzrə fəlsəfə doktoru E.Səfərov 2023-2026-cı illər ərzində BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin 22-ci sessiyasında üzv seçilib.

Qeyd edək ki, E.Səfərov 1982-ci ildə anadan olub.

O, 20 ilə yaxın insan hüquq və azadlıqlarının təmin edilməsi, beynəlxalq hüquq, beynəlxalq sülhün və təhlükəsizliyin qorunması, beynəlxalq humanitar hüquq, qadın və uşaq hüquqlarının müdafiəsi və digər sahələr üzrə BMT-də, ATƏT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq təşkilatlarda ölkəni təmsil edir.

Ekspert uzun illər ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Avropa Şurasının Gender bərabərliyi Komissiyasının (2007-2018-ci illər) fəaliyyətində iştirak edib. E.Səfərov Bakı Dövlət Universitetində və Dövlət Gömrük Akademiyasında beynəlxalq hüquq, ailə hüququ, beynəlxalq humanitar huquq və digər fənnləri tədris edib. Ekspertin ingilis, rus və azərbaycan dilində 50-dən çox elmi araşdırma və tədqiqatları çap edilib.

ƏvvəlkiBaş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək
NövbətiGoranboyda məcburi köçkün qəsəbəsində selin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür