BMT-nin İnsan Hüquqları üzrə yeni Ali Komissarı müəyyənləşib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası avstriyalı diplomat Folker Türkü BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı vəzifəsinə təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, F.Türkün bu vəzifəyə namizədliyini BMT-nin Baş katibi Antonio Quterreş irəli sürüb. O, avqustun 31-də səlahiyyət müddəti başa çatmış Ali Komissar Mişel Baçeleti əvəzləyəcək.

Avstriyanın Xarici İşlər Nazirliyinin diplomatın təyinatı ilə bağlı açıqlamasında Ali Komissarın fəaliyyətinə dəstək göstəriləcəyi və onunla sıx əməkdaşlıq ediləcəyi qeyd olunub.

Qeyd edək ki, 57 yaşlı F.Türk karyerası boyunca müxtəlif BMT təsisatlarında çalışıb. O, 2015-ci ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarının müavini təyin edilib və bununla da BMT sistemində ən yüksək çinli avstriyalı diplomat olub. F.Türk 2019-cu ildən BMT-nin Katibliyində baş katibin strateji koordinasiya və siyasi məsələlər üzrə köməkçisi vəzifəsində çalışıb.

ƏvvəlkiŞahin Mustafayev: “Ermənistanla münasibətlərin normallaşmasında maraqlıyıq”
NövbətiOrdumuzun mövqeləri atəşə tutulub