BMT-nin Baş katibi İrandan HƏMAS-ı bütün girovları azad etməyə məcbur etməyi xahiş edib

BMT-nin baş katibi Antonio Quterreş deyib ki, o, İran hakimiyyəti ilə danışıb və Fələstinin HƏMAS hərəkatını Qəzza zolağında bütün girovları azad etməyə məcbur etmək üçün onlara təsir göstərməyi xahiş edib.

Bu barədə “Report” “CNN” telekanalına istinadən xəbər verir.

Dünya təşkilatının rəhbəri həmçinin, Livanın Fələstin-İsrail münaqişəsinə cəlb edilməməsi üçün Tehrandan “Hizbullah” hərəkatına təsir göstərməsini istəyib.

Dünya qurumunun rəhbəri Tehranın onun tələblərinə əməl edib-etməyəcəyini “bilmədiyini” deyib və “İranın mövqeyinin həmişə sirr olaraq qaldığını” vurğulayıb:

“Münaqişənin genişlənməsinin qarşısını almaq üçün mümkün olan hər şeyi etməliyik, yəni Hizbullahın hücumundan sonra İsrailin kütləvi reaksiyası Livanın tamamilə məhv edilməsi ilə nəticələnəcək”.

ƏvvəlkiZəfər Gününün ildönümünə həsr olunan “Qələbə qaçışı” təşkil edilib
NövbətiBirinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib