BMT baş katibi aprelin 26-da Moskvada Putinlə görüşəcək

Rusiya Prezidenti Vladimir Putin aprelin 26-da Moskvada BMT-nin baş katibi Antoniu Quterreşi qəbul edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Quterreşin ofisi BMT baş katibinin aprelin 25-də Lavrov və Putinlə görüşmək üçün Moskvaya gedəcəyini təsdiqləyib.

Aprelin 19-da Quterreş Rusiya və Ukraynanın BMT-dəki daimi nümayəndəliklərinə məktublar göndərərək iki ölkənin prezidentləri Vladimir Putin və Volodimir Zelenskidən onu paytaxtlarında qəbul etmələrini xahiş edib.

Əvvəlki“QHT ziyarətləri” layihəsi çərçivəsində “İMZA” İctimai Birliyində görüş olub
NövbətiFüzulinin Dövlətyarlı kəndində ikinci “ağıllı kənd”in layihələndirilməsi gedir – Emin Hüseynov