BMT Baş Assambleyasının COVID-19-la bağlı Xüsusi Sessiyası dekabrın əvvəlində keçiriləcək

Bu gün BMT Baş Assambleyasının COVID-19 üzrə Xüsusi Sessiyasının detalları barədə qərar üzv ölkələrin böyük dəstəyi ilə Baş Assambleyada qəbul edilib.

AZƏRTAC xəbər verir ki, bunu BMT Baş Assambleyasının 75-ci Sessiyasının sədri Volkan Bozkır özünün “Twitter” hesabında yazıb.

“COVID-19-un dövlət, hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası dekabrın 3-4-də keçiriləcək. Sessiyada səhiyyə, iqtisadiyyat, maliyyələşdirmə və peyvəndlər daxil olmaqla, COVID-19-a qarşı mübarizənin bütün aspektləri hökumətlərin, özəl sektorun, akademik dairələrin və vətəndaş cəmiyyəti rəhbərlərinin iştirakı ilə ətraflı müzakirə olunacaq”,-deyə V. Bozkır qeyd edib.

ƏvvəlkiPrezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib
NövbətiDüşmənin Tonaşendəki hərbi infrastrukturu dağıdılıb