“Bloomberg”: Çin iqtisadiyyatında resessiya başlayıb

Çin iqtisadiyyatı resessiyaya qədəm qoyub.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, “China Beige Book İnternational” tərəfindən hazırlanan hesabata görə, ölkənin ÜDM-i ikinci rübdə 6,8 faiz azalıb ki, bu da resessiya əlaməti sayılır.

Çin iqtisadiyyatının artımı yolunda başlıca maneə dünya bazarında tələbatın kəskin azalmasıdır.

Həmçinin birinci rübə nisbətən sənaye şirkətlərinin mənfəəti, kapital məsrəfləri, pərakəndə satışlar kimi mühüm göstəricilərin cüzi artım göstərdikləri bildirilir.

Qeyd edək ki, yeni koronavirus pandemiyası ilə bağlı Çin hökuməti bu il ÜDM-in artım hədəfini qoymayıb.

ƏvvəlkiPrezident İlham Əliyev bir qrup dövlət qulluqçusunu təltif etdi
NövbətiXalq şairi Xəlil Rza Ulutürkə həsr olunan videoçarx hazırlanıb