Birinci vitse-prezident Mehriban Əliyeva Qənirə Paşayeva ilə bağlı tapşırıq verdi Qənirə Paşayeva ilə bağlı tapşırıq verdi

Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən millət vəkili Qənirə Paşayevanın müalicəsi ilə bağlı bütün zəruri tədbirlər görülür.

Bu barədə millət vəkilinin qardaşı Hüseyn Paşayev bildirib.

Onun sözlərinə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, millət vəkilinin müalicəsi ilə bağlı məsələlər Fond tərəfindən nəzarətə götürülüb:

“Bu gün səhər saatlarında Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov xəstəxanada olub. Heydər Əliyev Fondunun əməkdaşları xəstəxana ilə müntəzəm əlaqədədir və millət vəkilinin müalicəsi üzrə bütün zəruri dəstək və tədbirlər görülür”.

ƏvvəlkiKəlbəcərdə qanunsuz fəaliyyət göstərən şirkətin ərazisində silah-sursat aşkar edilib
NövbətiXocavənddə 4 polisin və 2 mülki şəxsin həlak olmasına səbəb olan terror aktını törədənlər saxlanılıb