Birinci vitse-prezident Mehriban Əliyeva: Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Ümummilli lider Heydər Əliyevin vəfatının 17-cı ildönümü ilə bağlı paylaşım edib.

Trend-in məlumatına görə, paylaşımda deyilir:

“Bu gün – 12 dekabr müstəqil Azərbaycanın inkişafında misilsiz xidmətləri olan dahi şəxsiyyət Heydər Əliyevin anım günüdür. Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm. Ölkəmizə sülh və tərəqqi arzulayıram”.

ƏvvəlkiAzərbaycanda koronavirus infeksiyasına daha 4268 yoluxma faktı qeydə alınıb, 4085 nəfər sağalıb
NövbətiCeyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub