Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın xristian icmasını təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində respublikamızın xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir: “Azərbaycanın bütün xristian icmasını Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizin hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevinc dolu günlər və xoşbəxt gələcək arzulayıram!

Qoy, bu mübarək gün hər kəsin qəlbini saf niyyətlər və xoş məramlarla doldursun, hər bir evə xeyir, rahatlıq və rifah, hər bir ölkəyə sülh və əmin-amanlıq gətirsin!”.

ƏvvəlkiAzərbaycan idmançısı Karate1 Premyer Liqa turnirinin finalına çıxıb
NövbətiAzərbaycanda koronavirusa 1196 yeni yoluxma faktı qeydə alınıb