Birinci vitse-prezident Mehriban Əliyeva Aprel döyüşləri ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Aprel döyüşləri ilə bağlı paylaşım edib.

AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir:

“Aprel döyüşlərindən beş il keçir. Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Uca Tanrı hər zaman xalqımızı qorusun, doğma Azərbaycanımıza sülh, əmin-amanlıq və xoş günlər bəxş etsin!”.

ƏvvəlkiAzərbaycanda koronavirusa 2361 yeni yoluxma faktı qeydə alınıb
NövbətiPrezident İlham Əliyev Türkiyənin ticarət nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib