Birinci vitse-prezident Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi münasibətilə xalqımızı təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ağdam rayonunun işğaldan azad olunması ilə bağlı rəsmi “Instagram” səhifəsində paylaşım edib. AZƏRTAC paylaşımı təqdim edir.

“Əziz həmvətənlər,

Sizi Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm və hər birinizə ən xoş arzularımı çatdırıram! Qoy Azərbaycanda daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün! Qoy ölkəmizdə hər bir ev nur, xeyirxahlıq və səadətlə dolsun! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”.

ƏvvəlkiAzərbaycan Ordusu Ağdama bayrağımızı sancdı
NövbətiBaş Prokurorluq Semyon Peqovun cinayətləri ilə bağlı Rusiyaya müraciət edib