Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəniş üçün 120 milyon manat ayrılacaq

1991-1997-ci illərdə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onlardan vəfat edənlərin vərəsələrinə birdəfəlik ödənişlərin ödənilməsi ilə bağlı hazırlıq işləri aparılır.

Trend-in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov deyib.

O qeyd edib ki, bu islahatın maliyyələşdirilməsinə 120 milyon manatın sərf edilməsi nəzərdə tutulur.

“Birdəfəlik ödənişlərin verilməsi ilə bağlı qaydalar hazırlanaraq, yuxarı dövlət orqanlarına təqdim olunub. Ödənişlərin elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur. Sənədləri sistemə daxil edilməyən şəxslərin isə kağız üzərində müraciətlərinin həyata keçirilməsi təmin olunacaq, həmin şəxslərə şərait yaradılacaq ki, öz müraciətlərini DSMF-nin yerli bölmələrinə vəya DOST mərkəzlərinə təqdim etsinlər”,- deyə o əlavə edib.

Əvvəlki“Qarabağ” klubu dünya reytinqində daha 10 pillə irəliləyib
Növbətiİsmayıllıda sakinlərin təbii qazla bağlı problemləri dinlənilib