Binəli Yıldırım Azərbaycanda qəza keçirdikdən sonra ilk dəfə açıqlama verib

“Səhhətimizin normallaşmasına xidmət edən bütün həkimlərə, o cümlədən Səhiyyə Nazirliyimizə təşəkkür edirəm”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olarkən yol qəzasına düşmüş Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım deyib.

O, əməliyyatları keçirən həkimlərə də minnətdarlığını bildirib:

“Müalicəmizin davam etməsində xeyli insanın zəhmət var. Qəzadan dərhal sonra Azərbaycana gələn ailəmə xüsusi ilə minnətdaram”.

B. Yıldırım söyləyib ki, bundan sonra müalicə ev şəraitində davam edəcək.

ƏvvəlkiBaş Prokurorluq ermənilərin Bərdəyə raket hücumlarının ildönümü ilə əlaqədar bəyanat yayıb
NövbətiŞabran rayonunda ictimai iştirakçılıqla bağlı dəyirmi masa keçirilib