Biləsuvarda şəhid Ziyarət Hüseynovun ailəsi ziyarət edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-14-də törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan Hüseynov Ziyarət Mail oğlunun Biləsuvar rayonunun Amankənd kəndində yaşayan ailəsini ziyarət ediblər.

Şərəfli döyüş yolu keçən şəhidimizin xatirəsinin daim ürəklərdə yaşayacağı vurğulanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə görülən sosial dəstək tədbirləri barədə ailəyə məlumat verilib. Şəhid Ziyarət Hüseynovun ailəsinin də daim sosial dəstək tədbirləri ilə əhatə olunacağı qeyd olunub.

Şəhid ailəsi onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıq ifadə edib.

ƏvvəlkiAzercell qeydiyyatdan keçmiş müştəriləri üçün Rəqəmsal Kartının növbəli aktivasiyasına davam edir
NövbətiMDB dövlət başçılarının sammitinin gündəliyi açıqlanıb