Biləcəridə avtomobil sexində yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində avtomobil təmiri sexində yanğın olması barədə məlumat daxil olub.

“Report” FHN-ə istinadən xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

ƏvvəlkiAzərbaycan kuboku: “Qarabağ” qələbə qazanıb, “Neftçi” heç-heçə edib
NövbətiBakıda evdə baş verən yanğın söndürülüb