Bakıda evdə baş verən yanğın söndürülüb

Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospektində yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

İlkin məlumata əsasən, yanğın ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 90 kv.m olan ikiotaqlı mənzildə baş verib.

Əlavə məlumat veriləcək.

ƏvvəlkiBiləcəridə avtomobil sexində yanğın olub
NövbətiSabiq hakimlər barəsində cinayət təqibi ilə bağlı prosedur məlum olub