Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın müraciəti üzrə qərarının vaxtı açıqlanıb

Xəbər verdiyimiz kimi, yanvarın 31-də “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın (CERD) tətbiqi ilə bağlı iş üzrə Azərbaycan Respublikasının Beynəlxalq Ədalət Məhkəməsinə ünvanladığı müvəqqəti tədbirlərin təyin edilməsinə dair müraciət üzrə ictimai dinləmələr başa çatıb.

AZƏRTAC xəbər verir ki, bu gün müvəqqəti tədbirlərin görülməsi barədə vəsatətlə bağlı məhkəmə qərarının elan ediləcəyi tarix açıqlanıb.

Belə ki, qərar fevralın 22-də Haaqa Sülh Sarayında keçiriləcək iclasda elan olunacaq. Qərarı iclasa sədrlik edəcək hakim Joan E. Donoghue oxuyacaq.

ƏvvəlkiƏr-Riyadda keçirilən Beynəlxalq Humanitar Forumda Türkiyəyə və Suriyaya yardımlar müzakirə olunub
NövbətiAzərbaycan və Dağıstan iqtisadi potensialın reallaşdırılmasını müzakirə edib