Beş ayda “Şahdəniz”dən 8 milyard kubmetr təbii qaz çıxarılıb

Bu ilin yanvar-may aylarında ölkədə keçən ilin müvafiq dövrünə nisbətən 13,6 faiz, yəni 2 milyard kubmetr artımla 16,4 milyard kubmetr təbii qaz hasil edilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qaz hasilatının 5,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 8 milyard kubmetri “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 3 milyard kubmetr qaz hasil olunub.

ƏvvəlkiDahi mütəfəkkir Abbasqulu ağa Bakıxanov haqqında videoçarx hazırlanıb
NövbətiTANAP-la indiyədək nəql olunan təbii qazın həcmi açıqlanıb