Novruz bayramı bütün Türk dünyasında böyük sevinclə qeyd edilən bayramdır. Bu gün bu bayramı Azərbaycan və Qazaxıstan xalqları da böyük coşqu ilə qeyd edirlər.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Tbilisidə çalışan Qazaxıstandan olan iş adamı Berezat Utibalıyeva deyib.
Onun sözlərinə görə, yeniliyin, oyanışın, bərəkətin simvolu olan Novruzu hamımıza xüsusi əhvali-ruhiyyə gətirir. Bu bayram ölkələrimizin təkcə tarixi və mədəni irsinin vacib bir hissəsi deyil, həm də dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət, ortaq mədəni və ənənəvi dəyərlərin rəmzidir.
O deyib: “Bu dəyərlər xalqlarımızın qədim ənənələrinin qorunmasına, eləcə də Türkdilli ölkələrimiz arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə, mədəni əlaqələrin inkişafına mühüm töhfə verir”.
“Fürsətdən istifadə edərək, hər birinizə ən xoş arzularımı bildirirəm, Azərbaycan xalqına sülh, xeyirxahlıq, səadət və uğurlar, əmin-amanlıq, tərəqqi arzulayıram”, – deyə Berezat Utibalıyeva əlavə edib.
























































