BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

BƏƏ-də Habşan qaz strukturuna səmada zərərsizləşdirilmiş raketin qəlpələrinin düşməsi nəticəsində bir nəfər ölüb, 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə zamanı yanğın baş verib.

AZƏRTAC “Əbu Dabi Media Bürosu”na istinadla xəbər verir ki, həlak olan şəxs Misir vətəndaşı olub. Yaralananlardan ikisi Pakistan, digərləri isə Misir vətəndaşlarıdır.

Qeyd olunur ki, struktura böyük ziyan dəyib. Hadisədən sonra orada işlər dayandırılıb. Dəymiş zərər qiymətləndirilir.

 

ƏvvəlkiMilli QHT Forumu və ANAMA yanında İctimai Şura mina təhlükəsi ilə bağlı Bəyanat yayıb
Növbətiİranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb