“Bayraktar Akıncı” yeni yerli yönləndirmə dəsti ilə hədəfə dəqiq vuruş edib

Türkiyənin “Baykar” şirkətinin istehsal etdiyi “Bayraktar Akıncı” hücum pilotsuz uçuş aparatı (PUA) yeni yerli “Gökçe” yönləndirmə dəsti ilə hədəfə dəqiq vuruş edib.

Trend xəbər verir ki, yeni yerli “Gökçe” yönləndirmə dəsti “TÜBİTAK SAGE” tərəfindən hazırlanıb.

Belə ki, PUA gövdə altında daşıdığı “Gökçe” yönləndirmə dəsti ilə təchiz edilmiş MK-83 (təxminən 455 kq) raketi ilə hədəfi yüksək dəqiqliklə vurub.

“Bayraktar Akıncı”nın 20.000 fut yüksəklikdən lazerlə işarələnən hədəfi yüksək dəqiqliklə vurduğu “Gökçe” yönləndirmə dəsti ilk dəfə pilotsuz uçuş aparatında sınaqdan keçirilib.