Gürcüstanın Kaxeti bölgəsinə iki ədəd pilotsuz uçuş aparatı düşüb

Oktyabrın 7-də Gürcüstanın Kaxeti bölgəsinə iki ədəd pilotsuz uçuş aparatı düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ilk pilotsuz uçuş aparatı yerli vaxtla saat təxminən 18:35 radələrində Sagareco Bələdiyyəsinin Udabno kəndinin yaxınlığında, ikinci aparat isə 18:45-də Kvareli Bələdiyyəsinin Sanavardo kəndinin yaxınlığında qəzaya uğrayıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Həmin ərazilərdə polis və aidiyyəti qurumların mütəxəssisləri araşdırma aparır.

ƏvvəlkiAzərbaycanda koronavirus infeksiyasından daha 145 nəfər sağalıb
NövbətiDüşmənin daha bir neçə hərbi texnikası məhv edildi