“Akıncı” “HGK-82” ilə sınaq zamanı hədəfi uğurla məhv edib

Türkiyənin yerli və milli pilotsuz uçuş aparatı (PUA) “Bayraktar Akıncı” “HGK-82” ilə yeni atış sınağını uğurla həyata keçirib.

“Report” xəbər verir ki, bu barədə “Baykar” şirkətinin sosial şəbəkə hesablarında məlumat verilib.

Bildirilir ki, Türkiyənin PUA-ları tarix yazmağa davam edir. “Akıncı” Çorludan havaya qalxdıqdan sonra atışını reallaşdırıb və bir adada hədəfi müvəffəqiyyətlə məhv edib.

Qeyd edək ki, “HGK-82” mövcud “500 lb Mk-82” ümumi təyinatlı bombaları “KKS/ANS” yönləndirmə sistemi ilə havadan yerə ağıllı və dəqiq zərbə qabiliyyətinə malik sursata çevirən “BRU 57” adapterli çoxatışlı raket dəstidir.

ƏvvəlkiSabah Heydər Əliyev Mərkəzində beynəlxalq Bakı Piano Festivalının açılışı olacaq
NövbətiAzərbaycan Türk Dövlətləri Təşkilatı təhsil nazirlərinin 7-ci iclasında təmsil olunur