Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib

Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan” sularda xilasetmə məntəqəsinin ərazisində və “Nardaran-2” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.

ƏvvəlkiBayden və Zelenski Vilnüsdə görüşüb
NövbətiBaş nazir Əli Əsədov TBMM-in sədri Numan Kurtulmuşla görüşüb