Baş nazir Əli Əsədov qazaxıstanlı həmkarına başsağlığı verib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 28-də Qazaxıstanın Baş naziri Alixan Smailova başsağlığı məktubu göndərib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ə.Əsədov Karaqandada şaxtada baş verən qəza nəticəsində çoxsaylı insan tələfatı xəbərini kədər hissi ilə qəbul etdiyini bildirib.

Məktubda Qazaxıstanın Baş nazirinə, eləcə də həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı ifadə edilir.

Əvvəlkiİsrail BMT Baş Assambleyasının Qəzzada atəşkəslə bağlı qətnaməsini rədd edib
NövbətiMilli Məclisin sədri qazaxıstanlı həmkarlarına başsağlığı verib