İsrail BMT Baş Assambleyasının Qəzzada atəşkəslə bağlı qətnaməsini rədd edib

İsrail BMT Baş Assambleyasının Qəzza zolağında atəşkəsə çağıran qətnaməsini rədd edir və Fələstinin radikal HƏMAS təşkilatını zərərsizləşdirmək niyyətindədir.

“Report”un məlumatına görə, bunu İsrailin xarici işlər naziri Eli Koen deyib.

“İsrail BMT Baş Assambleyasının “atəşkəs” çağırışını qətiyyətlə rədd edərək, HƏMAS-ı dünyanın nasistlərə və “İslam dövləti”nə qarşı hərəkəti kimi zərərsizləşdirmək niyyətindədir”, – nazir deyib.

Qeyd edək ki, daha əvvəl BMT Baş Assambleyasının Yaxın Şərqdə baş verənlərlə bağlı X fövqəladə xüsusi sessiyasının sonunda İsrail-HƏMAS müharibəsində humanitar atəşkəs tələb edən qətnamə qəbul olunub. İordaniyanın təqdim etdiyi, 42 üzv dövlətin birgə maliyyələşdirdiyi qətnamə layihəsində Kanadanın təklif etdiyi düzəlişi nəzərdən keçirilib. Dəyişiklik əvvəlcə səsverməyə çıxarılıb. Qətnamə layihəsinin qəbulunda 120 ölkə “hə”, 14 ölkə “xeyr” səsini verib; 45 ölkə səsvermədə iştirak etməyib.

İki gün davam edən fövqəladə xüsusi sessiyada bölgədə zorakılıq dayandırılması və daha çox qan tökülmədən bütün girovların dərhal və qeyd-şərtsiz azad etməsi tələb olunub.

Əvvəlkiİsrail HƏMAS-ın hava qüvvələrinin rəhbərini məhv edib
NövbətiBaş nazir Əli Əsədov qazaxıstanlı həmkarına başsağlığı verib