“BakuBus”ın rəhbəri dəyişib

Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus “BakuBus” MMC-nin direktoru Nəcəf Məlikov vəzifəsindən azad edilib.

Türk.az xəbər verir ki, şirkətə rəhbərlik İlqar İbrahimova həvalə olunub.

Xatırladaq ki, “BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə verilib. Onun nizamnamə kapitalı 30 milyon manatdır. Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir.

Əvvəlkiİsrail rəsmisi: “Biz Azərbaycanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıyıq”
Növbəti“BTQ ilə yük daşınması üçün Rusiya, Yaponiya və Cənubi Koreya ilə danışıqlar davam edir”