“Baku Bus”ın avtobusu avtomobillərlə toqquşub, xəsarət alan var – FOTO

Bakıda sərnişin avtobusunun iştirakı ilə zənirvari yol qəzası olub.

“Report”un məlumatına görə, hadisə Nəsimi rayonunda, Nəsibbəy Yusifbəyli küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində baş verib.

Belə ki, 3 nömrəli marşrut xətti ilə hərəkət edən “Baku Bus” avtobusu iki minik avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobillərdən birinin sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiAzərbaycan, Türkiyə və Gürcüstan fındıq istehsalı sahəsində daha fəal əməkdaşlıq edəcək
Növbəti“Aşıq Pəri sazın sözün zirvəsində” kitabının təqdimat mərasimi keçrildi-FOTO