Azərbaycan, Türkiyə və Gürcüstan fındıq istehsalı sahəsində daha fəal əməkdaşlıq edəcək

Azərbaycan, Türkiyə və Gürcüstan fındıq istehsalı sahəsində daha fəal əməkdaşlığa başlayır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Kənd Təsərrüfatı və Ətraf Mühitin Mühafizəsi Nazirliyi məlumat yayıb.

Türkiyənin Ordu şəhərində üç ölkənin kənd təsərrüfatı nazirləri bu günlərdə strateji əməkdaşlıq haqqında bəyannamə imzalayıblar. Sənədə əsasən, Türkiyə, Azərbaycan və Gürcüstan fındıq istehsalı sahəsində daha fəal əməkdaşlıq edəcək. Məlumatda qeyd olunub ki, fındıq hər üç ölkənin əsas ixrac kənd təsərrüfatı məhsuludur. Üçtərəfli əməkdaşlıq formatının məqsədi fındıq məhsulunun istehsalı və keyfiyyətinin yaxşılaşdırılması, məhsuldarlığın artırılması üçün elmi potensialdan maksimum istifadə və texniki əməkdaşlığın təmin olunmasıdır.

Nazirlər bu istiqamətlər üzrə əməkdaşlığı razılaşdırıblar. Əməkdaşlıq fındıq istehsalı sahəsinin inkişafı və istehsalın artırılmasına yönəlib.

ƏvvəlkiDÜŞMƏNƏ ZƏRBƏ ÜÇÜN ƏLVERİŞLİ ŞANS YETİŞİB!
Növbəti“Baku Bus”ın avtobusu avtomobillərlə toqquşub, xəsarət alan var – FOTO