Bakının bəzi ərazilərində torpaq sürüşməsi ilə əlaqədar içməli suyun verilməsi dayandırılıb

“Azərsu” ASC torpaq sürüşməsi nəticəsində Bibiheybət qəsəbəsi ərazisindən keçən 500 mm diametrli magistral su xəttində yaranmış qəza ilə əlaqədar Səbail rayonu 20-ci sahə, Bibiheybət və Şıxov qəsəbələrinə içməli suyun verilməsini dayandırıb.

Bu barədə “Report”a qurumdan bildirilib.

Məlumata görə, su təchizatı qəzanın aradan qaldırılması işləri yekunlaşdıqdan sonra bərpa olunacaq.

“Azərsu” ASC yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir”,- məlumatda qeyd edilib.

ƏvvəlkiMetroda qatarda problem yarandı, interval uzandı
NövbətiGürcüstanda seçki sistemi ilə bağlı referendum keçirilməsi təklif olunub