Bakıdan Budapeştə uçuşlar bərpa edilir

Macarıstanın “Wizzair” aviaşirkəti iyunun 19-dan Bakı-Budapeşt-Bakı reysini bərpa edəcək.

“Report” bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan paytaxtından uçuşlar həftənin bazar ertəsi və cümə günləri, saat 05:50-də, Macarıstan paytaxtından uçuşlar isə həftənin cümə axşamı və bazar günləri yerli vaxtla saat 23:30-da baş tutacaq.

ƏvvəlkiAtəşkəs rejimi 24 dəfə pozulub
NövbətiMusa Pənahov yüksək vəzifəyə təyin edildi