Bakıdakı Müqəddəs Jen-Mironosits kilsəsi ilə bağlı videoçarx hazırlanıb

Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində Bakıdakı Müqəddəs Jen-Mironosits pravoslav kilsəsi barədə videoçarxı hazırlayıb.

Nazirlikdən “Report”a verilən məlumata görə, kilsə 1909-cu ildə memar M.F.Verjbitskinin layihəsi əsasında rus stilində, məşhur Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin şəxsi maddi yardımı və ianələr hesabına inşa edilib.

Xatırladaq ki, Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksi Azərbaycana səfəri zamanı 27 may 2001-ci il tarixdə bu məbədi müqəddəs elan edib və ona baş kafedral kilsə statusu verib. Açılış mərasimində ulu öndər Heydər Əliyev, hökumət üzvləri, səfirliklərin nümayəndələri və dini icmaların rəhbərləri iştirak edib.

ƏvvəlkiPrezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib
NövbətiQarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ilk iclası keçirilib