Bakıdakı aksiya ilə bağlı polisdən açıqlama

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxt ərazisində keçirilən aksiya ilə bağlı açıqlama yayıb.

BŞBPİ-nin Mətbuat xidmətindən “Report”a daxil olan məlumatda deyilir:

“Sentyabrın 9-u saat 15 radələrində 20-25 nəfər “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, Səbail rayonundakı İstiqlaliyyət küçəsində Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan toplaşıb küçə yürüşü keçirməyə cəhd edib.

Ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən qanunsuz küçə yürüşünə cəhdin qarşısı alınıb, iştirakçılar ərazidən uzaqlaşdırılıblar.

Saxlanılan və ya həbs edilən olmayıb”.

Qeyd edək ki, aksiya iştirakçıları Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun azadlığa buraxılmasını tələb ediblər.

Xatırladaq ki, Nizami Rayon Məhkəməsi T.Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

ƏvvəlkiAzərbaycanda 175 yeni yoluxma faktı qeydə alınıb
NövbətiPrezident İlham Əliyev Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışında iştirak edib