Bakıda yararsız körpü söküləcək

Bakıda Nəsimi rayonunda yerləşən yararsız dəmiryolu körpüsünün sökülməsi ilə bağlı qərar qəbul olunub. 28 May küçəsində yerləşən körpü martın 8-9-da söküləcək. 1935-ci ildə tikilən körpü sonuncu dəfə 1978-ci ildə əsaslı təmir olunub.

“Report” söküntü işləri başlamadan sözügedən körpüdən fotoreportajı təqdim edir.

Qeyd edək ki, körpünün sökülməsi ilə əlaqədar avtomobillərin sözügedən küçənin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsi ilə hərəkəti məhdudlaşdırıldığından bəzi müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də dəyişdirilib. Belə ki, 1, 2, 4, 21, 30, 32, 46, 49 və 175 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdirilərək alternativ küçələrdən, yəni Üzeyir Hacıbəyov, Kövkəb Səfərəliyeva və Puşkin küçələri ilə təşkil ediləcək.

ƏvvəlkiOğuzda meşə zolağında baş verən yanğın söndürülüb
NövbətiAtəşkəs rejimi 24 dəfə pozulub