Oğuzda meşə zolağında baş verən yanğın söndürülüb

Oğuz rayonunun Xaçmazqışlaq kəndi yaxınlığında meşə zolağında baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yanğının qarşısı nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən alınıb.

Əlavə məlumat veriləcək.

ƏvvəlkiAzərbaycanda dərslərin dayandırılması müddəti uzadıldı
NövbətiBakıda yararsız körpü söküləcək