Bakıda və Sumqayıtda 50-yə yaxın şəxsin əmək müqaviləsi olmadan işlədiyi üzə çıxdı

Vergilər Nazirliyinin həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində Sumqayıt şəhərində yerləşən lər şəbəkəsinə daxil olan 7 obyektdə əmək müqaviləsi olmadan ümumilikdə 33 fiziki şəxsin işə cəlb olunduğu aşkar edilib.

“Report” xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, həmin obyektlərin hər birində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulduğu və faktiki sahələrinin vergi orqanlarına təqdim edilmiş uçot sənədlərində bəyan edildiyi göstəricilərlə müqayisədə daha yüksək olduğu qeydə alınıb.

hiper market

Nazirlik vətəndaşların nəzərinə bir daha çatdırır ki, əmək müqaviləsinin bağlanması, ilk növbədə, işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilib: “İşçilər əmək müqaviləsi olmadan və ya işəgötürənlər tərəfindən onlara ödənilən qeyri-leqal əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Əmək müqaviləsi olmayan və əməkhaqqını qeyri-leqal alan işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin ödənilməməsi ilə rastlaşır və ən əsası, gələcəkdə pensiya təminatından məhrum olurlar. İşəgötürənlə əmək müqaviləsi bağlamaqla və yalınız rəsmi əməkhaqqı ödəməyi tələb etməklə hər bir işçi öz gələcəyini indidən düşünmüş olur”, – qurum bəyan edib.

“Ən Ucuz Market”

ƏvvəlkiNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirir
NövbətiMonitorinq insidentsiz başa çatıb