Bakıda su polosu üzrə turnir keçiriləcək

“Aquatic Palace” Su İdman Növləri Sarayında “Baku Grand Cup 2023” su polosu üzrə turnir keçirilib.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, turnir Bakıdakı Rus evinin dəstəyi ilə “Qarabaq VP” su polosu klubu, “Partner Group Baku Water Polo Club” tərəfindən təşkil olunub.

Turnirdə su polosu üzrə məşhur ustalar – Olimpiya çempionu, dünya çempionu, üçqat Avropa çempionu, ikiqat Dünya kuboku qalibi Georgi Mşvenieradze, Olimpiya çempionu, SSRİ-nin Əməkdar idman ustası Yevgeni Qrişın, Rusiyanın Əməkdar idman ustası Revaz Çomaxidze, ikiqat Olimpiya oyunları mükafatçısı, dünya və Avropa çempionatı mükafatçısı, Rusiyanın Əməkdar idman ustası, Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov iştirak ediblər.

Gərgin mübarizə nəticəsində birinci yerdə “Partner VP” komandası, ikinci yerdə – “QARABAĜ -145 Group”, üçüncü yerdə isə – “Dinamo Masters” komandası qərarlaşıb.

ƏvvəlkiYunan-Roma güləşi üzrə Azərbaycan yığması Avropa ikincisi olub
NövbətiMonqolustanın Beynəlxalq Türk Akademiyasına üzvlük məsələsi müzakirə edilib