Bakıda Pakistan vətəndaşı həmyerlisinə qarşı dələduzluq edib

Bakıda Pakistan vətəndaşı həmyerlisinə viza düzəltmək adı ilə dələduzluq edib.

“Report” xəbər verir ki, Nəsimi rayonunda “Guest” otelin müştərisi Pakistan vətəndaşı Rehman Ziya Feroz Khan həmyerlisi, Bakıda kirayədə yaşayan Ahmed Aziz tərəfindən aldadılıb.

Məlumata görə, A.Aziz viza düzəldəcəyini vəd edərək R.Ziyadan 600 ABŞ dolları alıb. Lakin, o, verdiyi vədə əməl etməyib.

Bununla bağlı R.Ziya Səbail Rayon Polis İdarəsinə şikayət edib.

ƏvvəlkiDini liderlər dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə çağırıblar
Növbəti“AzerGold” ISO beynəlxalq standart sertifikatlarına layiq görülüb