Bakıda “Gender Azərbaycan” portalının təqdimatı keçirilir

Noyabrın 30-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Gender Azərbaycan” portalının təqdimat mərasimi keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə AQUPDK-nin sədri Bahar Muradova, Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin İqtisadiyyat, mədəniyyət və mətbuatla əlaqələr şöbəsinin nümayəndəsi Zübeyda Oyan, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Karin Hoerhan və dövlət qurumları, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak edirlər.

Məsul şəxslər arasında koordinasiyanı və operativliyi gücləndirmək məqsədilə yaradılan portal gender bərabərliyi sahəsində fəaliyyətin daha şəffaf prinsiplər əsasında həyata keçirilməsinə xidmət edəcək.

Qeyd edək ki, portalda gender bərabərliyi sahəsində qanunvericilik, maarifləndirmə, institusional mexanizmlər, araşdırmalarla bağlı məlumatlar yerləşdiriləcək.