Bakıda Çin məhsulları yarmarkası açılıb

Bakıda Çin məhsulları yarmarkasının açılışı olub.

“Report” xəbər verir ki, Çinin Azərbaycandakı səfirliyinin iqtisadi-ticari məsələlər üzrə müşaviri Ma Çi açılışda iştirak edib.

O deyib ki, Çinin istehsalat sahəsi Azərbaycanın sosial-iqtisadi inkişafına müsbət töhfə verəcək, ölkələr arasında əməkdaşlığı gücləndirəcək.

Onu sözlərinə görə, bu yarmarka ilk dəfə keçirilir: “Burada bir sıra Çin şirkətinin nümayəndələri məhsullarını təqdim edirlər ki, bu da onların Azərbaycan ilə əməkdaşlıq etmək istəyini göstərir”.

Ma Çi vurğulayıb ki, Çin iqtisadiyyatı böyük inkişafa nail olub və uzun illərdir, dünya iqtisadiyyatında liderdir.

ƏvvəlkiNoyabrın 1-dən direktor müavini vəzifəsi üzrə işə qəbula başlanılır
NövbətiBotanika İnstitutunda struktur dəyişikliyi edilib