BAKI ŞƏHƏRƏTRAFI DƏMİR YOLU XƏTTİNİN ELEKTRİK TƏCHİZATI SİSTEMİ ƏSASLI TƏMİR OLUNUR

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Türk.az-a verdiyi məlumata görə,Bakı şəhərətrafı dəmir yolu xəttinin elektrik təchizatı sistemi əsaslı təmir olunur.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bu il mart ayında “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən,  Abşeron yarımadasında mövcud dəmir yolu xətlərinin yenidən qurulması və dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsi, mövcud dəmir yolu xətlərinin reabilitasiyası və bərpası, elektrik təchizatı, rabitə və işarəvermə şəbəkəsinin əsaslı təmiri, yol kənarlarının mühafizə çəpəri ilə bağlanması, bəzi dəmir yolu keçidlərinin müxtəlif səviyyəli keçidlərlə əvəzlənməsi, stansiya binalarının yenidən qurulması və digər işlərin aparılmasına başlanılıb.

Hazırda bir sıra istiqamətdə işlər aparılır.

İnfrastruktur Departamentinin “Əsaslı Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti  Bakı-Sumqayıt-Bakı dairəvi yolunda elektrik təchizatı sisteminin əsaslı təmirini həyata keçirir. Böyük Şor stansiyasının kontakt şəbəkəsi yenidən qurularaq əsaslı təmir olunub. MMC-nin rəisi Abbas Qəmbərov verdiyi məlumata görə, 28 ədəd dəmir-beton  dayaq yenisi ilə əvəzlənib və kontakt şəbəkəsi həmən dayaqlara köçürülüb. Bununla yanaşı, uzunluğu 30 m olan 4 ədəd rigel quraşdırılıb və kontakt şəbəkəsi bu rigellərin üzərinə köçürülərək nizamlanıb.

Hazırda stansiyada işlər davam etdirilir.

ƏvvəlkiTürkiyəli alim Azərbaycanın neolit dövrü insanlarının DNT-sinin araşdırmalarını aparacaq
NövbətiAzərbaycanda il ərzində 2 mindən çox ağır cinayətin üstü açılır.